“Azərbaycanda dövlət-din münasibətləri”

azerbaycanda-dovlet-din-munasibetleri
Oxunma sayı: 2495

“Qafqazinfo”nun məlumatına görə, tədbiri Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova açaraq əvvəlcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 10 illiyi münasibəti ilə Dövlət Komitəsinin rəhbərliyini və kollektivini təbrik edib və işlərində onlara uğurlar arzulayıb. Səbail rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov rayondakı dini durum barədə məlumat verib. O, hazırda rayonda 6 məscid, 1 ibadət yeri, 1 dini mədrəsənin mövcud olduğunu qeyd edib. Onun sözlərinə görə, dini icmaların 6-sı müsəlman, 1-i isə xristian təriqətlidir. Kərimov onların 4-nün yenidən rəsmi dövlət qeydiyyatından keçdiyini bildirib. Şöbə müdiri sakinlərin müraciətlərinin nəzərə alınaraq RİH tərəfindən Badamdar qəsəbəsindəki boş sahədə 250 nəfərlik xeyir-şər yeri tikildiyini və burada mərasimlər üçün hər cür şərait yaradıldığını seminar iştirakçılarının diqqətinə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ceyhun Məmmədov “Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda çıxış edib. Heydər Əliyevin uğurlu dövlət-din siyasətinin nəticəsi kimi ölkəmizdə dini tolerantlıq mühitinin yaradıldığını söyləyən Məmmədov dini ibadət yerlərinin bərpa olunub vətəndaşların istifadəsinə verilməsi istiqamətində gördüyü işlərdən danışıb. O, həmçinin bu ay Milli Məclis tərəfindən “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası qanununa edilmiş dəyişikliklər barədə məlumat verib.

Nərgiz Ehlamqızı