Azərbaycanda duzların duzu yoxlanacaq

azerbaycanda-duzlarin-duzu-yoxlanacaq
Oxunma sayı: 637

Assosiasiyadan “Qafqazinfo”ya verilən məlumata görə, satılan keyfiyyətsiz duzların mənbəyini araşdırarkən məlum olub ki, bu duzlar respublika ərazisində yerləşən müxtəlif göllərdən toplanan duzların hesabına istehsal olunmaqdadır: “Mövcud duz bazarında yodlaşdırılmayan, təmizlənməyən, rəngarəng qablara qablaşdırılmış duzların satışı davam edir. Bakı şəhərində və respublika ərazisində əfsuslar olsun ki, çörək bişirmə, pendir hazırlama sahəsində əksər hallarda yodsuz, təmizlənməyən mənşəyi bəlli olmayan, təhlükəli duzlardan istifadə olunur”.

Assosiasiya monitorinqləri başa çatdırdıqdan sonra nəticələr barədə ictimaiyyətə ətraflı məlumat verəcək.

Nigar Məmmədli