Azərbaycanda elektromobil aşdı- - Bir məktəbli öldü

azerbaycanda-elektromobil-asdi-
Oxunma sayı: 10087


"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə Qobustan rayonunun “Bağ-bağat” İstirahət-əyləncə Mərkəzində qeydə alınıb. Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi attraksionlardan biri aşıb. Nəticədə 10 yaşlı Qorcu Dəniz Tərlan qızı hadisə yerində dünyasını dəyişib.

Məktəbin digər şagirdi - 12 yaşlı Hacızadə Ayla Rövşən qızı və məktəbin müəlliməsi, 1971-ci il təvəllüdlü Əziziova Aytən Faiq qızı müxtəlif bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 Faktla bağlı Qobustan rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Hadisə şahidləri "Qafqazinfo"ya bildiriblər ki, aşan attraksion yox, elektromobil olub.  Hadisədə dünyasını dəyişən qız isə məşhur rejissor Tərlan Qorçunun qızıdır.