Azərbaycanda əməliyyat olunan xəstələrin sayı 3 dəfəyədək artıb

azerbaycanda-emeliyyat-olunan-xestelerin-sayi-3-defeyedek-artib
Oxunma sayı: 1822

Son 12 ildə Azərbaycanda xəstəxanalarda cərrahiyyə əməliyyatı edilən xəstələrin sayı 3 dəfəyədək artıb.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, 2005-ci ildə xəstəxanalarda 105,5 min nəfər cərrahiyyə əməliyyatı edilib. Bu say illər üzrə daha da artaraq 2017-ci ildə 267,1 min nəfərə çatıb.

2005-ci ildə 38,6 min nəfər, 2017-ci ildə isə 97,1 min nəfər, ambulator-poliklinik müəssisələrdə cərrahiyyə əməliyyatı edilib.

Ötən il hər 1.000 nəfərin 27,4-si (2005-ci ildə 12,6) xəstəxanalarda, 10-u ambulator-poliklinik müəssisələrində cərrahiyə əməliyyatı edib.