Azərbaycanda ən çox qəza törədən maşınların - - Siyahısı

azerbaycanda-en-cox-qeza-toreden-masinlarin-
Oxunma sayı: 3768


Bu barədə fins.az-a İcbari Sığortalar Bürosundan bildirilib. Büronun məlumatına görə, 2014-cü ilin yanvar ayının 15-dən etibarən ölkədə 7635 avtomobil sahibinin Bonus-Malus sinfi aşağı salınıb həmin şəxslər üçün sığorta haqqı artırılacaq. Bu avtomobillərin yarıdan çoxu məhz adı çəkilən markaların payına düşür.

Belə ki, ən intizamsız sürücü kateqoriyasına (sığorta haqqının 3 dəfə artıq olduğu) aid edilən 22 sürücüdən 10-u "Mersedes", 4-ü "VAZ", 2-si isə "Şevrolet" avtomobili idarə edir.

2-ci sinifə (sığorta haqları 2,45 dəfə artacaq) aid edilən 45 sürücüdən isə 12-si "Mersedes", 10-u "VAZ" avtomobilinin sahibidir.

3-cü sinifə aid edilmiş 192 avtomobil sahibindən isə 84-ü "VAZ" və "Mersedes" sürücüsüdür.

4-cü sinifə aid edilən 2413 avtomobil sahiblərindən (onların sığorta haqqı 60% artacaq) yarıdan çoxu adı çəkilən markaların payına düşür - 838 nəfər "VAZ", 469 nəfər "Mersedes" sürücüsüdür.

Nəhayət 5-ci Bonus-Malus sinifinə aid edilən (sığorta haqqı 25% artacaq) 4963 avtomobil sahiblərindən 1311-i "Mersedes", 927-si isə "VAZ" sürücüləridir.