Azərbaycanda ər-arvad qəzada öldü

azerbaycanda-er-arvad-qezada-oldu
Oxunma sayı: 1764


Ağstafa Rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Ağstafa rayon mərkəzində baş verib.

Rayonun Dağ Kəsəmən kənd sakini, 36 yaşlı Kamil Əliyev idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən yolun kənarında dayanmış yük avtomobilinə çırpıb.

Hadisə nəticəsində sürücü K. Əliyev və onun həyat yoldaşı Mənzərə Əliyeva hadisə yerində dünyalarını dəyişiblər.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.