Azərbaycanda Facebook istifadəçilərinin 64 faizini kişilərdir

azerbaycanda-facebook-istifadecilerinin-64-faizini-kisilerdir
Oxunma sayı: 643

“socialbakers.com” internet resursunun məlumatına görə, Azərbaycan “Facebook” istifadəçilərinin sayı üzrə reytinqdə bu il yanvarda 91-ci yerdə idisə, indi 87-ci mövqedə qərarlaşıb. Ümumiyyətlə, son altı ayda Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 211 mindən çox artıb. Hazırda Azərbaycanda bu sosial şəbəkə istifadəçilərinin 64 faizi kişi, 36 faizi isə qadındır.

“Qafqazinfo”nun ANS PRESS-ə istinadən verdiyi məlumata görə, Azərbaycanda “Facebook” istifadəçilərinin yaş kateqoriyaları üzrə 13-15 yaş arasında olan istifadəçilər 8 faiz, 16-17 yaş arasında olan istifadəçilər 12 faiz, 18-24 yaş arasında olan istifadəçilər 47 faiz, 25-34 yaş arasında olan istifadəçilər 23 faiz, 35-44 yaş arasında olan istifadəçilər 6 faiz, 45-54 yaş arasında olan istifadəçilər 2 faiz, 55-64 və 65-dən yuxarı yaş arasında olan istifadəçilər isə ayrı-ayrılıqda 1 faiz təşkil edir.