Azərbaycanda “Facebook” istifadəçilərinin sayı artıb- - 23,3 faiz

azerbaycanda-facebook-istifadecilerinin-sayi-artib-
Oxunma sayı: 1086


“Qafqazinfo” xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ölkədə “Facebook” sosial şəbəkəsinin payı 23,3% artaraq sosial media bazarının 89,73%-ni təşkil edib.

"Global Stats" statistik mərkəzinin hesablamalarına görə, son bir ildə Azərbaycanda “Facebook” sosial şəbəkəsinin itifadəçilərinin sayı kəskin artsa da, “Youtube” və “Twitter” sosial şəbəkələri ilə bağlı vəziyyət fərqli olub.

İstifadəçi marağına görə ikinci yeri 2,9% bazar payı ilə “Youtube” sosial şəbəkəsi tutub.

Üçüncü yerdə 2,24% bazar payı ilə “Twitter” sosial şəbəkəsi yerləşib və onun bazar payında ötən illə müqayisədə azalma müşahidə olunur.

“Odnoklassniki” şəbəkəsinin Azərbaycanda bazar payı 1%-dən aşağı düşüb, halbuki, ötən ilin müvafiq dövründə bu rəqəm 5,11% təşkil edirdi.