Azərbaycanda futbol klubu satışa çıxarıldı - 15 milyon manata

azerbaycanda-futbol-klubu-satisa-cixarildi
Oxunma sayı: 6710

Ölkənin elan saytlarından birində futbol klubu satışa çıxarılıb.

“Qafqazinfo”nun “Qol.az”a istinadən məlumatına görə, elanda Abşeron rayonunda böyük bazası olan klubun bütün avadanlığı ilə birlikdə satıldığı qeyd olunub.

11 hektarlıq ərazini əhatə edən bazaya 15 milyon manat qiymət qoyulub.

Ad açıqlanmasa da, həmin klubun “Bakı” klubu olduğu güman edilir.