Azərbaycanda güclü zəlzələ oldu - Fotolar + Video + Yenilənib

azerbaycanda-guclu-zelzele-oldu
Oxunma sayı: 27925

Bərdədə 5,1 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətindən məlumat verilib.

Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Yeraltı təkan güclü olduğu üçün Qərb, Şimal-qərb və Aran bölgəsində bir neçə rayonda hiss edilib.

Rəşad Fərzəliyev adlı sosial şəbəkə istifadəçisi zəlzələ anında çəkdiyi videonu paylaşıb:

Mehin Mirzəzadə: "Allah sən saxla. Mən hələ belə şey görməmişdim. Öncə mərmilərin töküldüyünü zənn etdik. Sonra zəlzələ olduğunu bildik. Bu da zəlzələdən sonra evin vəziyyəti":

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 23:48-də Ağdam ərazisində 5,7 maqnituda zəlzələ qeydə alınıb.

Qurumdan bildirilib ki, zəlzələ episentrdə 6 bala yaxın, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.

Zəlzələ ocağının 25 km dərinlikdə yerləşdiyi bildirilib.

***

Zəlzələ nəticəsində Ağdamda bəzi evlərdə çatlar yaranıb. Quzanlı qəsəbəsində elektrik transformatoru partlayıb və qəsəbədə bir çox ev işıqsız qalıb.