Azərbaycanda hakimlər təyin edildi

azerbaycanda-hakimler-teyin-edildi
Oxunma sayı: 955

Vüqar Quliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimi, Kəmaləddin Bədəlov, Toğrul Əliyev, İlqar Hüseynov, Raqib Qurbanov, Vidadi Məmmədov, Nurəddin Mustafayev, Elşanə Vəliyeva, Cahangir Yusifov Bakı Apellyasiya Məhkəməsi hakimləri, Şamil Rzaquliyev Gəncə Apellyasiya Məhkəməsi hakimi, Vidadi Cəfərov, Telman Quliyev Sumqayıt Apellyasiya Məhkəməsi hakimləri, Məhərrəm Allahverdiyev, Etibar Camalov, Tofiq Heydərov, Nüsrət Mirzəyev Şirvan Apellyasiya Məhkəməsi hakimləri, Vidadi Qasımov, Hümbət Səlimov Şəki Apellyasiya Məhkəməsi hakimləri təyin ediliblər.

İclasda Hüquq və Dövlət Quruculuğu komitəsinin sədri bildirib ki, təyin olunan bu hakimlər 2007-ci ildə test üsulu ilə imtahan verən və yüksək nəticə göstərən hakimlərdir. “Hazırda həmin test imtahanında yüksək nəticə göstərən 55 nəfərdən daha peşəkarları növbəti instansiya məhkəmələrindəki vacant yerlərə təyin olunub”, - Hüseynli bildirib.

İclasda həmçinin səlahiyyət müddəti 2012-ci il iyulun 28-də başa çatan Qaradağ rayon məhkəməsinin hakimi İsmayıl Xəlilovun həmin tarixdən Bakı Apellyasiya Məhkəməsi hakim təyin edilməsi, Zaqatala rayon hakimki Elçin Hüseynov Şəki Apellyasiya Məhkəməsinə hakim, Şəki Apellyasiya Məhkəməsinin hakimi Qəzənfər Kərimov isə vəzifəsindən azad edilərək Şəki Apellyasiya Məhkəməsinə təyin edilib.