Azərbaycanda hava ilə soyudulan ilk və yeganə toyuq əti brendi - - "Mərcan"

azerbaycanda-hava-ile-soyudulan-ilk-ve-yegane-toyuq-eti-brendi-
Oxunma sayı: 4288

Mayın 22-də Bakı Ekspo Mərkəzində 20-ci Yubiley Azərbaycan Respublikası Qida Sənayesi Sərgisi fəaliyyətə başlayıb. Dünyanın 35 ölkəsindən 173 şirkətin iştirak etdiyi sərgidə “Garant Holding” MMC "Ucar Aqro" MMC -nın və Yardımlı Su və Şirə zavodunun məhsulları ilə təmsil olunub.

Ucar Aqro və Yardımlı Su və Şirə zavodunun təqdim etdiyi 1314 nömrəli stenddə “Mərcan” adı altında toyuq və toyuq əti məhsulları, eləcə də müxtəlif növ limonadlar, meyvə və giləmeyvə şirələri sərgilənib.

MƏRCAN brendi toyuq əti və toyuq əti məhsulları bazarına 2014-cü ilin Mart ayında daxil olmuşdur. MƏRCAN toyuq əti və toyuq əti məhsullarının istehsalı Azərbaycanın Ucar rayonunda həyata keçirilir. “UCAR AQRO” quş əti emalı müəssisəsində “HALAL” kəsilərək donmuş, soyudulmuş və ədviyyatlı toyuq əti məhsulları istehsal edilir.

Müəssisənin 6000 baş/saatda yüksək keyfiyyəttli, HALAL (əl ilə kəsilir), yeni növ qablaşdırma, yüksək gigiyena şəraitində (hava ilə soyutma) istehsal etdiyi toyuq əti və toyuq əti məhsullarının yüksək keyfiyyəti beynalxalq İSO 22000 sertifikatı ilə təsdiqlənmişdir.

“Mərcan” brendinə qədər ölkəmizdə toyuq ətinin soyudulması köhnə üsulla həyata keçirilirdi. “Mərcan” toyuqları hava ilə soyudularaq hər bir toyuq ayrı ayrılıqda, bir birinə toxunmadan, beləliklə yüksək gigiyenik şəkildə soyudulur və toyuğun tərkibində olan faydalı təbii şirələr qorunur. Toyuq ətinin istehsal prosesində istifadə olunan xüsusi növ qablaşdırma zərərli bakteriyaların sayını və inkişafını minimum səviyyəyə salaraq, ətin TƏZƏ-liyini, toyuq ətində olan vitaminləri və mineralları bütün saxlama müddətində tam qoruyur. Yardımlı Su və Şirə zavodu 2013-cü ildə “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının” icrasına uyğun olaraq yaradılmışdır.

Zavodun unikallğı istehsal prosesində təbii və təmiz (şəffaf) dağ bulaqlarının suyundan istifadə edilməsindədir. İstehsal olunan suların keyfiyyəti bir neçə laboratoriyada yoxlanılmış, suyun mikrobioloji cəhətdən tam təmiz, fiziki və kimyəvi göstəricilərinə görə isə çox yumşaq, insan orqanizmi üçün müalicəvi xüsusiyyətə malik olması təsdiqlənmişdir.

Zavodda məhsulların qablaşdırılması və süzülməsi avtomatlaşdırılmış şəkildə insan əli dəymədən aparılır. İstehsal prosesində yerli xammal və materiallardan istifadə edilir. Təbii bulaq suyu (qazlı və qazsız).

Daha ətraflı məlumatı bizim saytdan, eləcə də facebook səhifəsindən əldə edə bilərsiniz 

www.garant.az

 https://www.facebook.com/GarantHolding