Azərbaycanda havalar sərinləşəcək

azerbaycanda-havalar-serinlesecek
Oxunma sayı: 823

İyulun 23-dən sonra Azərbaycanda hava şəraitinin nisbətən sərinləşəcəyi gözlənilir.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Azərtac-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

A.Verdiyev bildirib ki, iyulun 23-dən sonra Bakıda və Abşeron yarımadasında küləkli, bəzi regionlarda yağıntılı hava şəraitinin müşahidə olunacağı, temperaturun bir qədər aşağı düşəcəyi ehtimal edilir.