“Azərbaycanda hazırda 50 otel tikilir”

azerbaycanda-hazirda-50-otel-tikilir
Oxunma sayı: 659

SalamNews-un verdiyi xəbərə görə, bu barədə Dünya Turizm Gününə həsr edilmiş ümumrespublika turizm konfransında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib.

Onun sözlərinə görə, hər il ölkəyə gələn turistlərin sayı artır. Bunu həmçinin beynəlxalq təşkilatlar da qeyd edir. Ötən il turistlərin rəsmi sayı ondan əvvəlki ilə nisbətən 100 min nəfər çox olub.

Nazir deyib: "Ancaq biz tam məlumat almamışıq, çünki rəsmi məlumatlara görə, Lənkəranda ötən il istirahət edən turistlərin sayı 2 min nəfər olub. Eyni zamanda Novruz bayramında 150 minə yaxın xarici vətəndaş sərhəddi keçib. Bu onu göstərir ki, ya mehmanxanalar tam məlumat vermir, yaxud onlar bu məlumatı ala bilmir. Xüsusi proqram tədbiq etmək lazımdır. Yarım il ərzində onu tədbiq etməyən mehmanxanalar rəqabəti dayandıracaq. Ölkəyə gələn xarici vətəndaşların çoxu hər şeydən əvvəl internetdə məlumat əldə edirlər. Ancaq Azərbaycan haqqında məlumatların yalnız 10%-i orada əks olunub”.