Azərbaycanda həbs olunanların sayı 25 faiz azalıb

azerbaycanda-hebs-olunanlarin-sayi-25-faiz-azalib
Oxunma sayı: 911

Ölkə başçısının 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair sərəncamının imzalanmasından ötən 1 il ərzində istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı 25 faizə qədər azalıb, həbsdən azad edilənlərin sayı 14 faiz artıb, cəzanın yüngüllüyü ilə bağlı verilən protestlər isə xeyli azalıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Kollegiya iclasında bildirilib. 

İclasda qeyd edilib ki, cinayətkarlıqla mübarizədə və ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rol oynayan məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər müzakirə olunub, cari ilin birinci rübündə Məhkəmə ekspertizası mərkəzinə 40 ekspert ixtisası üzrə 8 min işin daxil olduğu və bu zaman ekspertlər tərəfindən 96 min suala cavab verilməklə qaldırılmış məsələlərin 98,5%-nin həllinə nail olunduğu bildirilib.

Tədbirdə ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşməsinə xidmət edən və yeni çağırışlara cavab verən 10-dan çox normativ akt layihəsi, o cümlədən ictimai işlər cəzalarının icrası və azadlığın məhdudlaşdırılması ilə bağlı yeni, mütərəqqi qaydalar təsdiq edilib. Vətəndaş cəmiyyətinin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 20 qeyri-kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınıb.