Azərbaycanda hüquqi şəxslərin də on-line qeydiyyatı mümkün olacaq

azerbaycanda-huquqi-sexslerin-de-on-line-qeydiyyati-mumkun-olacaq
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında vergilər nazirinin I müavini Natiq Əmirov açıqlama verib. N. Əmirov qeyd edib ki, hüquqi şəxslər arasında xarici vətəndaşlar olduğundan, onların onlayn qeydiyyatı fiziki şəxslərə nisbətən daha mürəkkəb prosesdir: “Ona görə də hüquqi şəxslərin onlayn qeydiyyatı üçün vacib şərtlərdən biri elektron imzanın təsdiqidir. Elektron imza təsdiq olunduqdan, bu sahədəki qanunvericiliyə müəyyən dəyişikliklər edildikdən sonra prosesə start veriləcək. Bu isə 2012-ci ildə mümkün olacaq”.

Qeyd edək ki, iyulun 1-dən etibarən Vergilər Nazirliyi fiziki şəxslərin sahibkarlıq fəaliyyəti üçün on-line rejimində qeydiyyata başlayıb. Bu günədək 75 vətəndaş elektron qeydiyyata alınıb.

Nigar Məmmədli