Azərbaycanda icra başçısından prezidentə kütləvi - Şikayət

azerbaycanda-icra-bascisindan-prezidente-kutlevi-sikayet-
Oxunma sayı: 655

Sakinlərin “Qafqazinfo”ya verdiyi məlumata görə, onlar prezident İlham Əliyevə Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı Nəsib Mehməliyevlə bağlı müraciət ediblər.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

“Cənab prezident, Sizin ölkədə apardığınız abadlıq və quruculuq işləri göz qabağandadır. Bakı şəhərimiz gün-gündən gözəlləşir və abadlaşır, geniş küçələr, körpülər inşa edilir. Lakin biz, Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı Nəsib Mehməliyevin hərəkətlərinə biganə qala bilmirik. İcra başçısı bu küçələrin kəsişməsində yerləşən evlərin qarşısında yaşıllıq zolağını dağıdaraq özünə şəxsi ofis binası tikmək istəyir.

Bu 8-10 m enində olan yaşıllıq zolağında çoxillik ağaclar və kollar var, bütün evlərin qapı pəncərələri bu küçəyə açılır. Layihələləndirilən ofis binasının eni 11-12 m-dir və beləliklə, S. Rüstəm küçəsinin bağlanması təhlükəsi var. Belə olduğu halda vətəndaşların evlərinə gedib-gəlməsi üçün yollar da bağlanacaq.

İndiyə qədər bir çox səlahiyyətli orqanlara müraciət etmişik, lakin heç bir nəticəsi olmayıb. Aprelin 2-də sözügedən ərazini hasarlamağa cəhd göstərilib, lakin sakinlər buna etiraz etdilər.

Möhtərəm, Prezident! Biz əminik ki, bu təmir özbaşınalığına qarşı siz öz münasibətinizi bildirəcəksiniz”.

Qeyd edək ki, müraciətə 35 sakinin adı və pasport qeydiyyatı əlavə olunub.