Azərbaycanda iki bacı yoxa çıxıb - Video

azerbaycanda-iki-baci-yoxa-cixib-video
Oxunma sayı: 644

Tovuz rayon polis şöbəsindən verilən məlumata görə, itkin düşən bacılardan Jalənin əlamətləri boyu 170 santimetr, gözlərinin rəngi qara, dolu bədən quruluşlu, qara uzun saçlıdır. Evdən çıxarkən əynində göy rəngli tüklü gödəkçə, qara rəngli cins şalvar və qara rəngli gödəkboğaz çəkmə olub. Aygünün əlamətləri isə belədir: boyu 165 santimetr, gözlərinin rəngi qara, arıq bədən quruluşlu, qara uzun saçlıdır.

Evdən çıxarkən əynində qara rəngli, boğazında tüklü papağı olan gödəkçə, qara rəngli cins şalvar və qara rəngli gödəkboğaz çəkmə olub. Bu iki bacının yerini bilənlərdən və ya onlar haqqında hər hansısa bir məlumatı olanlardan 050-421-01-11, 050-561-22-59, 050-352-73-66 mobil nömrələrinə zəng edib xəbər vermələri xahiş olunur. Məlumatlarınızı ANS TV-nin 24 saat xidmətinizdə olan qaynar xəttinə, yəni 050-203-02-02 mobil nömrəsinə də zəng etməklə bildirə bilərsiniz.



ANS