Azərbaycanda iki seçki məntəqəsi açılacaq

azerbaycanda-iki-secki-menteqesi-acilacaq
Oxunma sayı: 673

Bunun üçün Azərbaycanda iki seçki məntəqəsi açılacaq. Bu barədə Trend-ə RF-nin Azərbaycandakı səfirliyindən məlumat verilib.

“Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatlarının seçkiləri haqqında” qanuna (2005-ci il) uyğun olaraq Rusiyanın xaricdəki idarələri həmin ölkələrdəki RF vətəndaşlarının səs vermələri üçün səsvermə təşkil edirlər.

Bundan çıxış edərək, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi Azərbaycanda olan Rusiya vətəndaşları üçün səfirliyin konsul bölməsinin binasında (Bakı şəhəri, Bakıxanov küçəsi, 17) və Azərbaycanın şimal-qərbindəki Qəbələ rayonunun inzibati mərkəzindəki “Dəryal” analitik-informasiya mərkəzi şəhərciyinin ərazisində seçki məntəqələri açıb.

Səsvermə günü seçki məntəqələri yerli vaxtla saat 08.00-dan 20.00-dək açıq olacaq.

Hazırda 6 339 Rusiya vətəndaşı səfirliyin konsul uçotunda durur.