Azərbaycanda İKT xidmətlərinin həcmi 8 faiz artıb

azerbaycanda-ikt-xidmetlerinin-hecmi-8-faiz-artib
Oxunma sayı: 665

“Qafqazinfo”nun Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, birinci rübün yekunları üzrə sektorun artım tempi 8 faiz təşkil edib.

Birinci rübdə rabitə xidmətlərinin həcmi 210,7 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 9,3 faiz çoxdur.

Ümumi həcmin 72,7 faizi əhaliyə göstərilən xidmətlərin payına düşür.
Bununla yanaşı, 65,1 faiz mobil rabitənin payına düşüb ki, bu da 2011-cu ildəki göstərici ilə müqayisədə 7 faiz artaraq 188,6 milyon manat təşkil edib.


Nigar Məmmədli