Azərbaycanda ildə 10 min adam ürək-damar əməliyyatı olunur

azerbaycanda-ilde-10-min-adam-urek-damar-emeliyyati-olunur
Oxunma sayı: 642

SalamNews xəbər verir ki, bunu jurnalsitlərə Azərbaycan Ürək və Damar Cərrahiyə Cəmiyyətinin sədri, tibb elmləri namizədi Kamran Musayev deyib.

Onun sözlərinə görə, bu xəstəlik hər yaşda ola bilər: "İndi ürək-damar xəstəlikləri ilə bağlı yaş dövrü 30 yaş səviyyəsinə qədər gəncləşib. Bu gün ən çox ürək-damar xəstəlikləri kişilərdə qeydə alınır. Bunların qarşısnı almaq üçün ilk növbədə, siqaretdən uzaq durmaq lazımdır. Bundan əlavə, milli mətbəxdə bir sıra dəyişikliklər etmək vacibdir. Yağlı və ətli yeməklərdən uzaq durmaq vacibdir.”

O, həmçinin transplantasiya məsələsinə də toxunub və bildirib ki, Azərbaycanda bu sahədə işlər davam etdirilir. Transplantasiya əməliyyatı vaxtı ən böyük problem donorların tapılmasındadır. Dünyadakı donorlar transplantasiya əməliyyatı üçün gözləyən xəstələrin yalnız 5 faizinə kifayət edir.