Azərbaycanda ilk - Ana bətnində dölə qan köçürülüb+ Video

azerbaycanda-ilk
Oxunma sayı: 1797

Azərbaycanda ana bətnindəki dölə qan köçürülərək onun tələf olunmasının qarşısı alınıb.

“Qafqazinfo”nun Xəzər TV-yə istinadən məlumatına görə, dördüncü hamiləliyi olan qadının birinci övladından sonra uşaqları tələf olub. 

Qadın sonuncu hamiləliyi zamanı həkimə bətnindəki uşaqda yaranan ciddi problemlərlə bağlı müraciət edib.

Mama-ginekoloq Turab Canbaxışov ölkəmizdə bir ilkə imza atıb. O, uşağın tələf olmaması üçün ona ana bətnində ikən qan köçürüb. Prosedura üç fərqli vaxta həyata keçirilib. İstənilən nəticə əldə olunanadan sonra uşaq qeysəriyyə yolu ilə dünyaya gətirilib. Cəsur adı verilən balacanın vəziyyəti qənaətbəxşdir.

Qeyd olunur ki, belə problemlərin yaranma səbəbi daha çox ərlə arvadın qan qrupunun uyğun olmamasıdır. Qadın mənfi, kişi müsbət qan qrupuna malik olanda belə problemlər yaranır.