Azərbaycanda ilk beynəlxalq foto sosial şəbəkə fəaliyyətə başlayıb

azerbaycanda-ilk-beynelxalq-foto-sosial-sebeke-fealiyyete-baslayib
Oxunma sayı: 634

Sayt indiyə qədər həyata keçirilən foto layihələrin davamı kimi fəaliyyət göstərəcək.
“Qafqazinfo”nun məlumatına görə, 7 dildə təqdim olunan www.butacolor.net saytı istənilən istifadəçinin şəxsi foto arxivinə çevrilməyi və foto paylaşım vasitəçiliyini qarşısına əsas məqsəd kimi qoyub. Veb resursun texniki göstəriciləri olduqca genişdir. Dünyanın hər yerindən istənilən istifadəçi üçün saytın bazasına foto yükləməklə öz səhifəsində mövzular üzrə foto qovluq yaratmaq, fotoları işarələmək, onlara şərhlər yazmaq, fikirlər paylaşmaq mümkün olacaq. Bundan başqa, sayt sosial şəbəkə funksiyasını da həyata keçirir. Saytda yalnız bir dəfə ödəniş etməklə qeydiyyatdan keçmək lazım gəlir.
İdeya müəllifi və qurucusu İlham Abduyev olan www.butacolor.net saytı mütəxəssislər tərəfindən Azərbaycanda ilk foto sosial şəbəkə kimi qiymətləndirilir.
Qeyd edək ki, yeni sayt www.azerbaijans.com tərəfindən həyata keçirilən dördüncü layihədir.