Azərbaycanda ilk dəfə

azerbaycanda-ilk-defe-
Oxunma sayı: 646

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən radio-televiziya yayımı sahəsində daha bir yeni texnologiya olan rəqəmli radio (HD radio) yayımı tətbiq edilib. Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda Bakı şəhəri və Abşeron yarımadasında 105.0 Mhs-də analoq FM yayımı ilə eyni tezlikdə HD formatında Respublika və İctimai Radionun proqramları yayımlanmağa başlayıb.
HD radio yayıma keçidin əsas məqsədi radio proqramlarının qəbul keyfiyyətinin yüksəldilməsi, tezliklərdən səmərəli istifadə edilməsi və radio proqramla yanaşı dinləyicilərə əlavə olaraq mətn və qrafik məlumatların ötürülməsi imkanlarının yaradılmasıdır.
Qeyd edək ki, HD radio proqramları HD radioqəbuledicilər vasitəsilə, eləcə də son bir neçə ildə istehsal olunan avtomobillərdə qəbul etmək mümkündür.

Nigar Məmmədli