Azərbaycanda ilk dəfə

azerbaycanda-ilk-defe
Oxunma sayı: 647

Azərbaycanda ilk dəfə olaraq kollegiya iclasını canlı yayımla izləmək mümkün olub. “Qafqazinfo”nun məlumatına görə, bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2013-cü il üçün ilk kollegiya iclası keçirilib. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sədrliyi ilə keçirilən iclası canlı yayımla izləmək mümkün olub. Xidmət nazirliyin mincom.gov. az saytı vasitəsilə aktiv edilə bilər.

Xatırladaq ki, ölkə başçısı İlham Əliyev 2013-cü ili Azərbaycanda İKT ili elan edib.

Nigar Məmmədli