Azərbaycanda ilk dəfə - “Celentano Tribute Show”

azerbaycanda-ilk-defe
Oxunma sayı: 1902

Bakıda ilk dəfə, sevgililər gününə özəl olaraq keçiriləcək təkrarsız İtaliya layihəsi "Celentano Tribute Show" nümayiş etdiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bütün dünyada trend olan “Celentano Tribute Show” fevralın 13-də Heydər Əliyev Sarayında baş tutacaq. Konsert proqramı əfsanəvi dünya ulduzu Adriano Celentanonun 80 illik yubileyi şərəfinə keçiriləcək.

Adriano Celentanonun ən sevimli hitləri və performansları Maurizio Schweizerin ifasında Azərbaycan tamaşaçısına təqdim olunacaq. Maurizio Schveizer mükəmməl aktyor və müğənni Adriano Çelentanonun “rəsmi əkiz”idir. Bu şou sevimli italyan sənətkarın ən yaxşı mahnılarını eşitmək üçün əla şansdır.

Celentano Tribute Show öz rəngarəngliyi ilə də insanı heyran qoyur. Bütün çıxışlar detallarına qədər düşünülür. Xüsusi diqqət isə səhnə qəhrəmanının - Maurizio Schveizerin səhnə obrazına yetirilir.

Biletləri İtiket (on-line almaq üçün linkə tıklayın https://iticket.az/events/concerts/celentano-tribute-show/6191 )  və şəhərin bütün kassaları, eləcə də ASAN xidmət kassalarından almaq mümkündür.