Azərbaycanda ilk dəfə + Video

azerbaycanda-ilk-defe-video
Oxunma sayı: 660

Xəstənin sağ gözü ağrılı qlaukoma ilə əlaqədar olaraq enukleasiya edildiyindən xəstə gözünü itir, 2002-ci ildə isə sol gözündə qlaukoma inkişaf edib. Nəticədə 2002-ci ildə antiqlaukomatoz əməliyyat, bir müddət sonra isə katarakta ilə əlaqədar olaraq İKKE əməliyyatı həyata keçirilib. 2010-cu ildə xəstə Z. Əliyeva adına MOM-a “Bulloz keratopatiya, afakiya, və iki müxtəlif antiqlaukomatoz preparatın fonunda normal göz daxili təzyiqli qlaukoma diaqnozu ilə müraciət edib və həmin ilin iyul ayında “DSEK+SF İOL” əməliyyatı olunub. Bu əməliyyatdan sonra endotel qişası qopduğundan buynuz qişanın bulanması baş verib bu səbəbdən də 2010-cu ilin dekabr ayında xəstəyə “OPK” əməliyyatı həyata keçirilib, həmçinin göz daxili təzyiqin müalicəyə tabe olmadığından 2012-ci ilin dekabrında “Ahmed Valve” şuntu implantasiya olunub. Təəssüf ki, xəstənin buynuz qişasında qopma krizi baş verdiyindən transplantat bulanıb və nəticədə xəstənin görməsi işıq hissiyyatına qədər azalıb.

Bu ağır vəziyyətdə xəstəyə yalnız süni buynuz qişa kömək edə biləcəyindən xəstəyə I Tip Boston Keratoprotezinin (süni buynuz qişa) köçürülməsi əməliyyatı yerinə yetirilib. Əməliyyat Z. Əliyeva adına MOM-nin həkimi Dr. Cəmil Həsənov tərəfindən həyata keçirilib. Əməliyyatdan əvvəl xəstənin görməsi işıq hissiyyatı səviyyəsində olduğu halda artıq əməliyyatdan bir həftə sonra görmə itiliyi 10 dəfə artmış və 0.1 təşkil edib.