Azərbaycanda “İnfiniti” kanala düşdü - Foto

azerbaycanda-infiniti-kanala-dusdu-foto
Oxunma sayı: 633

Bu barədə APA-nın müxbiri hadisə yerindən məlumat verir. Məlumata görə, avtomobilin çıxarılması ilə onun içərisində 1 nəfərin, yəni sürücünün olduğu məlum olub. Suda boğulmuş sürücünün Şirvan şəhəri sakini Xəqani küçəsi 19 mənzil 48 ünvanında yaşayan 1983-cü il təvəllüdlü Yusubov Rəşad Zamin oğlu olduğu müəyyən edilib. İlkin versiyaya görə qəzaya səbəb qatı dumanlı hava olub. Belə ki, görünmə məsafəsi 2-3 metr olub.

***

Salyan rayonun Kürsəngi kəndi ərazisində, Bakı-Astara yolundan 5 km aralıda «İnfiniti» markalı avtomobil su kanalına düşüb. Hadisə 1 fevral 23.00 radələrində baş verib.

Məlumata görə, FHN-in xilasediciləri və polis əməkdaşları hadisə yerindədirlər. Hazırda avtomobil sudan çıxarılır. Avtomobildəki sərnişinlərin olduğu güman edilir.