Azərbaycanda ingilis dili üzrə pulsuz master-klasslar keçiriləcək

azerbaycanda-ingilis-dili-uzre-pulsuz-master-klasslar-kecirilecek
Oxunma sayı: 644

Master-klasslar “Milli kadr resurslarının ümumdünya inteqrasiyası” layihəsi çərçivəsində keçiriləcək və IBT, IELTS, SAT, IGCSE, GMAT, GRE kimi dünyanın tanınmış imtahanlarının verilməsinə dəstəkdir. Master-klasslar 10 sentyabr tarixində Caspian Biznes Mərkəzində baş tutacaq.

Master-klassların keçirilməsi 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramının ümumi prinsiplərinə uyğundur. Gənclərin beynəlxalq imtahanları verməyə hazırlanması həm xaricdə təhsil almaq, həm də Azərbaycanda uğurlu karyera qurmaq üçün ilk addımdır.

Master-klasslar çərçivəsində iştirakçılar imtahan verənlərin adətən üzləşə biləcəyi müxtəlif incəliklər və “sualtı daşlar” haqda məlumat əldə edəcək.

Master-klassslar ingilis dili üzrə beynəlxalq imtahanlara hazırlıq sahəsində müsbət təcrübəyə malik olan Lingva-nın (www.lingva-school.com) müəllimləri tərəfindən keçiriləcək.

Nigar Məmmədli