Azərbaycanda insanları evdə məcburi işlədən şəxslər saxlanılıb

azerbaycanda-insanlari-evde-mecburi-isleden-sexsler-saxlanilib
Oxunma sayı: 2494

Azərbaycanda həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il respublika üzrə 6 məcburi əmək faktı müəyyən edilib.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, aparılan araşdırmalarla 5 qurbanın, o cümlədən 2 əcnəbinin ölkə daxilində ev qulluğunda və kənd təsərrüfatında istismar edildiyi məlum olub.

Hər iki fakt üzrə başlanmış cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, təqsirkar şəxslər haqqında ittiham hökmləri çıxarılıb.