Azərbaycanda iş adamını soydular - - 24 min dollar, 14 min AZN, 262 min rubl

azerbaycanda-is-adamini-soydular-
Oxunma sayı: 2659


Zərərçəkmiş bildirib ki, səhər evdən çıxıb işə gedərkən həmin şəxslər ona xəsarət yetirərək içərisində 24 min Amerika dolları, 14 min manat və 262 min rus rublu olan çantasını zorla qaçırıblar.

Dərhal əməliyyat axtarış tədbirlərinə başlayan polis əməkdaşları cinayəti törətmiş şəxslərin izinə düşüblər. Daxili İşlər Orqanlarının əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu quldurluqda iştirak etmiş şəxslərdən 2 nəfərini – Xətai rayon sakini, 29 yaşlı Famiq Qurbanov və Nərimanov rayon sakini, 25 yaşlı Yusif Nəsibovu Bakı şəhərində yaxalayaraq məsuliyyətə cəlb edib. İstintaq araşdırmaları ilə məlum olub ki, saxlanılan şəxslər hələlik axtarışda olan digər 2 nəfərlə qabaqcadan əlbir olaraq Ələmdar Zeynalova qarşı quldurluq etməyi planlaşdırıblar. 

Onlar iş adamının hər gün evdən külli miqdarda pulla çıxdığını əvvəlcədən biliblər. Famiq Qurbanov dostu Yusif Nəsibova bildirib ki, Xaçmaz rayonuna yas mərasiminə getmək lazımdır. Dəstə üzvləri Yusif Nəsibovun 10 KK 301 dövlət nişanlı Niva markalı avtomobilə ilə Xaçmaza gəliblər. Şəhərin girişində avtomobilin dövlət nömrə nişanlarındakı rəqəmlər flamasterlə rənglənərək dəyişdirilib.

Dəstə üzvləri Ələmdar Zeynalovun yaşadığı ünvana gələrək bir qədər kənarda pusquda dayanıblar. O əlində torba evdən çıxdıqda Famiq Qurbanov və digərləri hücuma keçiblər. Onlar iş adamının baş nahiyəsindən yumruqla vuraraq yerə yıxıb, daha sonra isə pulları götürərək qaçıblar.

Quldurluq yolu ilə əldə edilən pullar Bakı şəhərində dəstə üzvləri arasında bölünüb. Famiq Qurbanov payına düşən pullarla BMV markalı avtomobil alıb. Lakin elə həmin gün maşınla qəza törədib. Saxlanılarkən Famiq Qurbanovun üstündən 1 ədəd Zastava tipli tapança və 15 ədəd güllə də aşkarlanaraq götürülüb.

Əvvəllər də məhkum olunmuş Famiq Qurbanov hadisədən əvvəl narkotik maddə olan tiryək və marixuanadan istifadə etdiyini etiraf edib. Polis əməkdaşları dəstənin qaçıb gizlənmiş digər üzvlərinin də axtarışlarını davam etdirir. Zərərçəkmişə dəymiş ziyanın da geri qaytarılması istiqamətində tədbirlər görülür.