Azərbaycanda işçilərin sayı açıqlandı

azerbaycanda-iscilerin-sayi-aciqlandi
Oxunma sayı: 984


“Qafqazinfo” Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, muzdla işləyənlərin 22,5 faizi təhsildə, 18,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,7 faizi sənayedə, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,3 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 17,0 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2013-cü ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 410,8 manat təşkil edib, keçən ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artıb. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.