“Azərbaycanda islam hökmləri, hicaba qarşı çıxanlar var”

azerbaycanda-islam-hokmleri-hicaba-qarsi-cixanlar-var
Oxunma sayı: 651

“Qafqazinfo”nun İran KİV-nə istinadən verdiyi xəbərə görə, Məkarim Azərbaycanın demək olar ki, əksəriyyətini şiələrin təşkil etdiyini və onların İran xalqının qardaşı olduğunu deyib. O bildirib ki, Azərbaycanda islam hökmləri, hicaba qarşı çıxanlar var və bu məsələ ölkədə qarışıqlığa gətirib çıxara bilər: “Biz bütün islam ölkələrinin , xüsusilə də qonşularımızın sabitliyini istəyirik”.

Məkarim Azərbaycan torpağına göz dikmədiklərini, əsas hədəflərinin islam hökmləri və Azərbaycan xalqının xoşbəxtliyini himayə etmək olduğunu deyib: “Ümid edirəm ki, bu bəyanatla bizim hədəfimiz aydın olacaq və inşallah bundan sonra xalqın məzhəbi etiqadlarını yaralayacaq işlər görməzlər”.

Səidə