Azərbaycanda jurnalist yeni sayt açdı

azerbaycanda-jurnalist-yeni-sayt-acdi
Oxunma sayı: 663

V.Həsənli eyni zamanda “BizimXeber” İnformasiya Portalının baş redaktoru vəzifəsini icra edəcək. Bu barədə məlumatı “Qafqazinfo”ya V.Həsənlinin özü verib.

“BizimXeber” İnformasiya Portalının direktoru isə tanınmış jurnalist Ədil Hüseynlidir. O da eyni zamanda “XezerNews” Xəbər Agentliyinin baş redaktoru vəzifəsini icra edəcək.

Saytın rəhbərləri əvvəlki iş yerində fəaliyyətlərini artıq yekunlaşdırıblar.
Qeyd edək ki, bundan əvvəl Ədil Hüseynli “Aznews” xəbər portalının redaktoru, Vasif Həsənli isə siyasət yazarı vəzifələrini icra ediblər.

Hər iki saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.