“Azərbaycanda kasıb müğənni yoxdur” - Qalmaqallı açıqlama

“Azərbaycanda kasıb müğənni yoxdur”
Oxunma sayı: 1545

Müğənni Xəyyam Nisanov həmkarları ilə bağlı müzakirələrə səbəb olacaq bir açıqlama verib. 

“Qafqazinfo”nun məlumatına görə, sənətçi “ATV maqazin onlarla” verilişinə danışarkən iddia edib ki, Azərbaycanda kasıb müğənni yoxdur:

“Bahalı maşında otururlar, binada yaşayırlar. Bu şərait onlarda var. Arzu edirəm ki, 10 qat artıq olsun. Azərbaycan şou-biznesində kasıb müğənni yoxdur. Sadəcə olaraq kimsə gizlədir. Belə xasiyyəti olanlar var. Soruşursan ki, necəsən? Cavab verir ki, çox pis, iş yoxdur. 

Biz belə şeylərlə rastlaşırıq. Hamı toylardadır. Heç kəsin pulunu saymamışam. Sizə 5 yox, 25 sənətçinin adını deyə bilərəm. Mən pulu həm maşına, həm evə, həm də sənətimə xərcləyirəm”. 

Bu məqamda qeyd edək ki, şou-biznesin bir çox tanınmış simaları dəfələrlə mətbuata açıqlama verərək evlərinin, maşınlarının yoxluğundan şikayətləniblər. 

Onlara Samirə Allahverdi, Aysel Əlizadə, Emma Ələkbərzadə, Ruhəngiz Allahverdiyeva və başqalarını misal çəkə bilərik. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi