Azərbaycanda kolbasa istehsalı 43 faiz artıb

azerbaycanda-kolbasa-istehsali-43-faiz-artib
Oxunma sayı: 1328

Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin 9 ayı ərzində tütün məmulatlarının istehsalında 12,8 faiz azalma, qida məhsullarının istehsalında 0,7 faiz, içki istehsalında isə 26,9 faiz artım müşahidə olunub.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, bu sahələrin əsas məhsullarından pendir və kəsmik istehsalı 4,1 faiz, kolbasa məmulatlarının istehsalı 43,8 faiz, duru bitki yağlarının istehsalı 4,7 faiz, marqarin istehsalı 13,1 faiz, cem və marmeladların istehsalı 2,7 faiz, pivə istehsalı 36,3 faiz, alkoqolsuz içkilərin istehsalı 1,3 faiz artıb.

Qənd və şəkər tozu istehsalında isə 46,2 faiz azalma qeydə alınıb.