Azərbaycanda körpü uçdu

azerbaycanda-korpu-ucdu
Oxunma sayı: 646

Sakinlər bildirir ki, 1970-ci illərdə tikilən körpü ilk və sonuncu dəfə 2010-cu ildə bələdiyyə seçkiləri ərəfəsində təmir olunub. Görünür, təmir işləri yaxşı və keyfiyyətli aparılmadığından körpüdə bu ilin yanvarından yenidən çatlar əmələ gəlib. Bir həftə əvvəl isə tamamilə dağılıb. Sakinlər bir neçə dəfə aidiyyati orqanlara müraciət etsələr də səslərinə səs verən tapılmayıb.

Məsələnin ciddiliyini nəzərə alıb Kəbirli kənd bələdiyyə sədrinin müavini Mahir Əsgərovla əlaqə saxladıq. Problemin olduğunu təsdiq edən sədr müavini bildirdi ki, körpü tam dağılmamışdan əvvəl bir neçə dəfə yuxarı orqanlara müraciət etsələr də bir nəticəsi olmayıb: “Körpünün üzərindən keçdiyi kanal Su İdarəsinə məxsus olduğundan ilk olaraq Su İdarəsinə müraciət etdik. Oradan gəlib baxsalar da sonradan bir xəbər çıxmadı. İcra Hakimiyyətinə isə bir neçə dəfə müraciət etməyimizə baxmayaraq oradan da gəlib maraqlanan yoxdur. Nəhayət körpü dağılandan sonra yenə müraciət etdim. Dedilıərinə görə bu gün gəlib tədbir görməlidirlər. Hazırda biz də onları gözləyirik”.

Mövzuya qayıdacağıq.