Azərbaycanda laminat istehsalı başladı - - Fotolar

azerbaycanda-laminat-istehsali-basladi-
Oxunma sayı: 8298


2010-cu ildən etibarən MDF istehsal edən AZMDF Şirkətinə aid olan Floorella brendinin istehsalına 2013-cü ildən başlanmışdır. 10 hektar ərazidə yerləşən  “AzMDF” zavodu Qafqaz regionunda MDF və HDF lövhələri istehsal edən yeganə müəssisədir. Burada dünyanın pres avadanlığı istehsalına görə ən qabaqcıl şirkətlərindən biri - Almaniyanın “Wemhoener” şirkətinin istehsalı olan press qurğusunda laminat istehsalı başlanılır. İstehsal xətti tamamilə avtomatlaşdırılıb və xəta riski minimuma endirilib.   Laminat parket xəttinin illik istehsal həcmi 4.000.000 kvadrat metr təşkil edən, yüksək texnologiya və avropa standartlarına uyğun yüksək keyfiyyəti, yerli və xarici mütəxəsssisləri ilə Floorella laminat parketləri Azərbaycana daha bir yenilik gətirir. FLOORELLA-nın özəlliklərinə gəlincə, mexaniki təsirə, təzyiqə, cızılmaya və pozulmaya qarşı davamlıdır. Ona görə də FLOORELLA məhsullarına gözüyumulu etibar edə bilərsiniz.     Ekoloji təmizdir. Xüsusilə, allergiyası olan insanlar üçün münasibdir. Çünki onun döşənməsi zamanı məişət tozu əmələ gəlmir.  Floorella-nın  laminat döşəmələrinin səthi suya və yanmaya da davamlıdır.     Döşəmənin təmizlənməsi asan və rahatdır. Bu örtüyü şotka, yaş parça və kimyəvi təmizləyici vasitələr ilə yumaq olar. Hətta boya ilə kirlənmiş döşəməni spirt tərkibli ləkəçıxarıcılar ilə silmək də mümkündür. 

Dərnəgül ərazisində yerləşən 200 kvadrat metrlik satış və sərgi mərkəzində Floorella laminat parketləri sərgilənəcək və satışı həyata keçiriləcək. Memar tərəfindən hazırlanmış özəl dizaynlı fərqli otaqlı satış və sərgi mərkəzində  bütün modelləri görə bilərsiniz. 

İstehsalatında alman mütəxəssisləri və texnologiyasından istifadə olunan “FLOORELLA” istehlakçılara sinfindən asılı olaraq 10 və ya 15 ilə qədər zəmanət verir, istifadə sahəsindən asılı olaraq isə 20-ə yaxın fərqli dekorlu laminat-döşəmə çeşidi təklif edir. Şirkətin kolleksiyalar üzərində çalışan Marketinq şöbəsi gələcəkdə dekor çeşidlərini  genişləndirməyi hədəfə alıb.

Bundan əlavə müştərilər üçün satış və sərgi mərkəzində özəl program təqdim edilir. Bu program vasitəsi ilə ev və ya iş yerini Floorella laminat parketləri ilə döşəmək istəyənlər, kompyuter üzərindən öz yerlərinin rənginə və dizaynına uyğun laminat parket seçə bilərlər. 

AZMDF Zavod Müdiri Şəhriyar Sədrinin açılış etdiyi  satış və sərgi mərkəzinə Azərbaycanın önəmli dövlət adamları, iş adamlar,ağac emalı və inşaat sektorunun böyük şirkətləri iştirak etmişdirlər.

Açılışda, laminat parket üzərində Abşeron Rəqs Qrupunun çıxışları oldu. Floorella brendinin zavod tanıtımı və televiziyalarda yayımlanacaq ilk reklam filmi sərgiləndi.

Azərbaycana yerli laminat istehsalı ilə yenilik gətirən Floorella, bundan sonra bir-birindən fərqli dekor və rəng çeşidləri  ilə yaşadığınız məkanlara da yenilik gətirəcək.


Floorella – Rahatlığı ayağınıza gətirdik. 


Az1052,Binəqədi ray,

Əhməd Rəcəbli 72A ,Bakı Azərbaycan

Tel: (+994 12) 562 56 22

Mob: (+994 50) 278 00 21

Fax: (+994 12) 562 87 24

Email: [email protected]

Web:www.floorella.com