Azərbaycanda mağazada kütləvi zəhərlənmə olub

azerbaycanda-magazada-kutlevi-zeherlenme-olub
Oxunma sayı: 1283

Cəlilabad rayonunda böyük ticarət mərkəzlərinin birində kütləvi zəhərlənmə hadisəsi baş verib.

Rayon Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 28-də şəhərin mərkəzində yerləşən “GREEN STORE” mağazasının işçiləri kimyəvi maddələrdən zəhərlənib.

Polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub. Hadisə ilə bağlı izahatlar alınıb, mağazada quraşdırılan müşahidə kameralarının videogörüntüləri götürülüb.

Məlumata görə, hadisə nəticəsində zəhərlənən 14 əməkdaş xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyəti yaxşı olmadığı üçün stasionar qaydada müalicəsi davam etdirilir, digər 12 nəfərin isə sağlamlıq vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıblar.

Murad Əhməd