Azərbaycanda maşınların qiyməti qalxacaq

azerbaycanda-masinlarin-qiymeti-qalxacaq
Oxunma sayı: 5632


Artıq avtomobillərin buraxılış illəri və ölkələrə uyğun idxal cədvəli müəyyənləşdirilib. Avropa Ittifaqına daxil olan ölkələr - Almaniya, Böyük Britaniya, Belçika, Avstriya, Çexiya, Polşa, Hollandiya, Italiya və s. (2005-ci il); ABŞ (2004); Yaponiya (2011); Çin (2011); Koreya (2006); Türkiyə    (2009).

İqtisadçı-ekspert Nemət Əliyev deyir ki, bu qərar avtomobillərin qiymətinin bahalaşmasına gətirib çıxaracaq. Ekspertin fikrincə, bu qərar Azərbaycanda avtomobil parkının yeniləndirilməsilə bağlıdır: “Köhnə avtomobilləri dövriyyədən bu cür çıxarırlar. Buna görə də xarici ölkələrdə istismar müddəti ötmüş avtomobillərin ölkəyə idxalına məhdudiyyətlər etməklə bunu reallaşdırmaq istəyirlər. Bu, özlüyündə yaxşı niyyətdir. Amma gərək vətəndaşlar da qoyulan tələblərə uyğun avtomobilləri almaq gücündə olmalıdır. Çünki istehsalı yeni olan avtmobillərin dəyəri də yüksək olur”.

Ekspert vurğulayır ki, həmin standartların tətbiqi ilk baxışda yaxşı niyyətdən xəbər versə də, əhalinin sosial vəziyyətinin ağırlaşmasına xidmət edir. Bu baxımdan hökumət qabaqlayıcı addımlar atmalı, maaşların artırılması, sosial proqramların reallaşdırılmasına başlamalıdır: “Amma bu da bir reallıqdır ki, ölkə daxilində yanacaqlar avrostandartlara cavab vermir. Bu baxımdan, sözügedən məsələyə birtərəfli yanaşmanın nəticəsi fəsadlı ola bilər. Ona görə də ilk növbədə ölkə daxilində avrostandartlara uyğun şərait yaradılmalıdır. Bu şərait formalaşandan sonra paralel şəkildə avrostandartların avtomobil idxalına tətbiqinə keçmək lazımdır”.

Azadliq.info