Azərbaycanda məmur 3 min manat cərimə edildi

Azərbaycanda məmur 3 min manat cərimə edildi
Oxunma sayı: 944

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən Qaradağ rayonunun Xəzər dənizi sahil zolağında ekoloji qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı aparılan monitorinqlərin nəticələrini Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları yerində araşdırıb. 

“Qafqazinfo” xəbər verir ki, araşdırma zamanı Qaradağ rayonunun Lökbatan, Sahil, Ümid, Qobustan və Səngəçal qəsəbələrində formalaşan məişət-çirkab tullantı sularının  Qırmızı gölə və Xəzər dənizinə axıdılması faktı aşkar olunub. Faktla bağlı “Qaradağ Su-kanal” idarəsinin rəisi Əhliman Mansurov barəsində qanunvericiliyə uyğun qaydada protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilib. 

Yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə belə hallara yol verilməməsi üçün müəssisə rəhbərliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi