Azərbaycanda məşhur brendlərin istehsalı təşkil oluna bilər

azerbaycanda-meshur-brendlerin-istehsali-teskil-oluna-biler
Oxunma sayı: 1575

Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası ölkədə geyim istehsalını təşkil etmək üçün məşhur xarici şirkətləri cəlb etmək niyyətindədir.

"Qafqazinfo" xəbər verir ki, bunu Trend-ə Assosiasiyanın sədri Mehriban Axundova deyib.

M.Axundovanın sözlərinə görə, bu, istehsal olunan məhsulun maya dəyərinin azaldılması məsələsinin həll olunmasından sonra həyata keçirilə bilər:

“Bu gün Azərbaycanda tekstil istehsalının maya dəyərinin azaldılması, hazır məhsulun ortalama dünya səviyyəsinə çatdırılması məsələsi aktualdır. Söhbət istənilən növ geyimdən, xüsusilə trikotaj və uşaq geyimlərindən gedir. Bunu düymə, yapışqan kimi materialların idxalına gömrük rüsumlarının azaldılması hesabına etmək olar. Rüsumların azaldılması tikiş istehsalının inkişafına gətirib çıxaracaq. Eyni zamanda bazara sərfəli qiymətlərlə Pakistandan, Türkiyədən və Çindən geyim gətirilir ki, bunlar da sintetik materiallardan hazırlanır”.

M.Axundova bildirib ki, bu məsələnin həll olunması məqsədilə Assosiasiya Azərbaycan hökumətinə müraciət edəcək.