Azərbaycanda metroda ölüm hadisəsi baş verdi

azerbaycanda-metroda-olum-hadisesi-bas-verdi
Oxunma sayı: 651

Yasamal rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Bakı Metropoliteninin "Nizami" stansiyasının girişində 1956-cı il təvəllüdlü Abdullayev Baxşəli Mahmud oğlu qəfildən özünü pis hiss edib və yerə yıxılıb.

Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə dünən baş verib.

Faktla bağlı araşdırma aparılır.