Azərbaycanda məzun “Son zəng”də yol qəzasında öldü

azerbaycanda-mezun-son-zengde-yol-qezasinda-oldu
Oxunma sayı: 2057

Sabirabad Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol qəzası rayonun Həşimxanlı kəndində qeydə alınıb. Həşimxanlı kənd orta məktəbində bu il məzun olan 1997-ci il təvəllüdlü Niyaməddin Məhəmməd oğlu Ələkbərov “85-BD-357” dövlət nömrə nişanlı avtomobildə yol qəzasına düşüb. Nəticədə N. Ələkbərov hadisə yerində ölüb.