Azərbaycanda müasir ödəniş sistemlərinin inkişafı üçün aksiya başlayır

azerbaycanda-muasir-odenis-sistemlerinin-inkisafi-ucun-aksiya-baslayir
Oxunma sayı: 669

“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı keçirilən tədbirdə VİSA-nın MDB üzrə regional meneceri Aleksandr Kalita deyib ki, dünyada 2,2 milyard internetə qoşulma qeydə alınıb və şirkət üçün vacibdir ki, VİSA kart sahibləri təkcə real dünyanın imkanları ilə məhdudlaşmasınlar: “Golden Payı dəstəkləməyimiz Azərbaycanda elektron ticarət bazarını inkişaf etdirməkdir. Bu, ölkədə nəğdsiz ödəniş bazarının inkişafına yardım edir”.

Golden Pay şirkətinin təsisçisi Fərid İsmayılzadə isə bildirib ki, Azərbaycanda əhalinin kommunal ödənişləri bank kartları vasitəsilə internetdən ödəmələri üçün hesab.az portalı fəaliyyət göstərir. Artıq bu portala kütləvi ödəmə xidmətləri göstərən 20-dən çox şirkət və 10 mindən artıq aktiv istifadəçi qoşulub.

Nigar Məmmədli