Azərbaycanda müəllim narkotik satarkən tutuldu

azerbaycanda-muellim-narkotik-satarken-tutuldu
Oxunma sayı: 687

Daşkəsəndə narkotik maddə satmaq istəyən yerli sakin saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, Rayon Polis şöbəsindən Report-a verilən məlumata görə, 1967-ci il təvəllüdlü yerli sakin Fikrət Cəlil oğlu Bəhramovun üzərində 5 büküm narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Aparılan istintaq zamanı məlum olub ki, F.Bəhramov üzərindəki marixuananı həmyerlisi, 1971-ci il təvəllüdlü Daşqın Əliyevə satmaq istəyib. Hər iki şəxs rayon polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

F.Bəhramov Daşkəsən rayon Qara Qarayev adına Uşaq Musiqi Məktəbinin qarmon müəllimidir. Onun marixuananı hardan və necə əldə etdiyi, hələlik məlum deyil.