Azərbaycanda müəllim şagirdləri belə döydü – Video

azerbaycanda-muellim-sagirdleri-bele-doydu-video
Oxunma sayı: 652

Vaxtı ilə hamının sinifdə əlçatmaz bir varlıq kimi qəbul etdiyi müəllim övladları yaşda olan uşaqlara əl qaldırır. Sumqayıt şəhərindəki 17 saylı məktəb-litseydə şagirdlərin döyülməsini əks etdirən video görüntülər yayımlanıb.

Məktəblilərin döyüldüyü əks olunan kadrlar "YouTube" internet portalında yayılıb. Kadrlarda 5 məktəblinin lövhənin qarşısında dayandığı və adı Ziyadxan olduğu ehtimal olunan müəllim tərəfindən döyüldüyü əks olunub. Kadrlardan sinif otağında başqa qadın müəllimənin olduğu da görünür. Arxa partada oturan şagirdlərdən biri də baş verənləri lentə alır.

Ümumiyyətlə qeyd edək ki, "YouTube" video portalında Sumqayıt şəhərindəki 17 saylı məktəb-litseydə şagirdlərin nizam -intizam qaydalarını pozması barədə bir neçə həvəskar çəkiliş yerləşdirilib. Digər bir həvəskar çəkilişdə isə məktəbin yuxarı sinif şagirdlərinin təhsil müəssisəsinin həyətində əlbəyaxa olduğu göstərilir.

Qeyd edək ki, Sumqayıt şəhərindəki 17 saylı məktəbdə döyülmək faktının baş verdiyini Təhsil Nazirliyin də də təsdiqləyiblər.

Xatırladaq ki, ötən ay da Ağstafanın orta məktəblilərindən birində şagirdlərin döyülməsini əks etdirən video görüntülər yayımlanmışdı. Kadrlarda müəllimin məktəbliləri çubuqla döydüyü aydın görünür. /ANS/