Azərbaycanda müəllim və şagirdlər qidadan zəhərləndi

azerbaycanda-muellim-ve-sagirdler-qidadan-zeherlendi
Oxunma sayı: 3648

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən məktəblilər zəhərlənib.

"Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində bu gün Şəki şəhərində olan aksiya iştirakçılarından - müəllim, Tovuz rayon sakini, 1964-cü il təvəllüdlü Sahibə Həsən qızı Əliyeva, şagirdlər - Göygöl rayon sakini, 2002-ci il təvəllüdlü Ələsgər Rac oğlu Əliyev, Tovuz rayon sakini, 2003-cü il təvəllüdlü Emil Vüqar oğlu Alşanov, Göygöl rayon sakini, 2002-ci il təvəllüdlü Ayxan Nizami qızı Süleymanlı, Ağdaş rayon sakini, 2002-ci il təvəllüdlü Tabutay Eldəniz oğlu Hüseynli, Ağdaş rayon sakini, 2003-cü il təvəllüdlü Şəlalə Şirin qızı Kərimova zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Biri müəllim olmaqla beş şagirddə qida zəhərlənməsı baş verib. Onlara xəstəxanada lazımi tibbi yardımlar göstərildikdən sonra vəziyyətləri qənaətbəxş olduğundan nəzarətdə olmaq şərti ilə evə buraxılıblar. 

***

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, səhər saatlarında 5 şagird, bir müəllim olmaqla 6 nəfər zəhərlənmə diaqnozu ilə Şəki Şəhər Mərkəzi Xəstəxanasına müraciət edib: “Onların səhər yeməyindən zəhərləndikləri ehtimal olunur. Xəstəxanada mədələri yuyulub və səhhətləri normal qaydasında düşüb. Şagirlər Şəkidən sonra Qaxa yollanıblar. Onları Qax rayonuna kimi Təcili Tibbi Yardım maşını müşayiət edib”.