Azərbaycanda müəllim və şagirdlərin sayı açıqlandı

azerbaycanda-muellim-ve-sagirdlerin-sayi-aciqlandi
Oxunma sayı: 3247

“Hazırda ölkə üzrə ümumilikdə 2 şəhər təhsil idarəsi, 2 şəhər təhsil şöbəsi, 60 rayon təhsil şöbəsi və bu qurumların tabeliyində 4445 məktəb fəaliyyət göstərir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirədə məlumat verib.

O deyib ki, həmin məktəblərdə 144 min müəllim çalışır, şagirdlərin ümumi sayı 1 milyon 520 min nəfərə bərabərdir.