Azərbaycanda nazir bazarlıqda - Fotolar

azerbaycanda-nazir-bazarliqda-fotolar
Oxunma sayı: 653

Yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti daha çox cəlb edirdi. Burada yarmarkanın yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılıb. Yarmarkada nəzarət tərəzisi qoyulub, lövhələrdə qiymətlərin bazardakılarla müqayisəsi göstərilib.

Yarmarkada kartof, soğan, meyvə, tərəvəz, ağartı, ət məhsulları və s. satılırdı. Məhsullar bazarlardakından 20-25 faiz ucuz satılırdı. Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti və Dövlət Baytarlıq Xidməti tərəfindən diqqətlə yoxlanılır və sonra satışına icazə verilirdi.

Kənd təsərrüfatı naziri İsmət Abasov və Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov yarmarkaya gələrək burada satıcılar və alıcılar üçün yaradılmış şəraitlə tanış olub, məhsulların keyfiyyəti, paytaxt sakinlərinin rəy və təklifləri ilə maraqlanıblar.

İ. Abasov bildirib ki, yarmarkadakı qiymətlər bazarlardakından xeyli aşağıdır. Kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilbəil artır. Məhsul istehsalı artdıqca qiymətlərin də aşağı düşməsi tendensiyası özünü göstərir. Ümumilikdə indiyədək 680 yarmarka keçirilib, 150 min ton müxtəlif kənd təsərrüfatı məhsulları satılıb. Yarmarkalar bundan sonra da davam edəcək.

Yarmarkada nazir İsmət Abasov ev üçün bazarlıq edib.